Gülüşü yalnız telefon yaddaşında qalan Zəhra... - 7 gündür evinizdən gülüş səsləri eşidilmir / VİDEO

İyulun 4-də öz həyətlərində oynadığı yerdə düşmən gülləsinə tuş gələn körpə Zəhra bu gün 7 gündür ki, torpağa tapşırılıb.

Alxanlı kəndinin kiçik sakininin ölümü insan olan hər kəsin vicdanını sizlatdı. Körpəyə silah çəkən erməni xisləti isə bir daha ən barbar formada özünü büruzə verdi.

Gülüşü yalnız atasının mobil telefonunun yaddaşında qalan Zəhra...

Bu gün 7 gündür evinizdən gülüş səsləri eşidilmir. Beşiyin boş, oyuncaqların ortalıqda qalıb. Sənə tuşlanan o güllə sanki atanın da, ananın da təbəssümünü dondurub. Sadəcə evinizə yox, kəndinizə, el-obanıza, bütün Azərbaycana bir sükut çöküb. Yenicə addim atdığın bu torpaq indi sənin özündən qat-qat böyük məzar yerinə çevirilib. O məzara sən yox, biz sığışdıq. Sənlə birgə biz də öldük, biz də o torpağa gömüldük. Balaca qəbrinə ziyarətə gələnlər ordan utanaraq geri dönür, çünki bizim hər birimiz körpəliyi güllələnən insanlarıq.

Bu gün hamımız Zəhrayıq. Bütün dünyada sən olduğumuzu, sənin isə hərbçi, əli silahli bir əsgər yox, 18 aylıq körpə olduğunu sübut etməyə çalışırıq. Bir də onu demək istəyirik ki, Zəhranı nişan aldıqları torpaqlar uğrunda hər birimiz canımızı verməyə hazırıq. Təki Zəhralar ölməsin! Yaşasaydı, bəlkə də o balaca ürəyi həkim olmaq arzusuyla döyünərdi. Amma Zəhrayla bərabər onun arzuları da öldü.

Sənin ölüm xəbərini Cocuq Mərcanlıya köçün başladığı haqda xəbər hazırladığımız gün aldıq. Əslində, bununla düşmənin hansı mesajı verdiyi məlumdur. Dünyadan bu məsələyə ədalətlə yanaşmasını tələb etmək isə bizim haqqımızdır. Amma təəssüflər olsun ki, cavab sizin evinizdəki sükutdan fərqlənmir, körpə şəhidimiz...

Səssizliyi pozan isə artıq sənin gülüşlərin deyil. Haqq - ədalət gözlədiyimiz dünyanın hələ də laqeyd yanaşdığı, özünü görməməzliyə, eşitməzliyə vurduğu bu səslərdir...

"Xəzər xəbər"in mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edirik:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR