Play Store

"Bavariya" heyətini "Real"ın futbolçusu ilə gücləndirdi

"Real"ın yarımmüdafiəçisi Xames Rodriqes karyerasını "Bavariya"da davam etdirəcək.

Metbuat.az-ın məlumatına görə, Münhen klubu kolumbiyalı futbolçunu 2 illik icarəyə götürüb. Müddətin sonunda "Bavariya" Xamesi satın almaq hüququna da sahib olacaq.

"Bavariya"nın keçid üçün 15 milyon avro ödəyəcəyi bildirilir.

Qeyd edək ki, "Bavariya" ilə yanaşı, "Mançester Yunayted" də Xames Rodriqesin xidmətində maraqlı idi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR