"Bu komandaya, məşqçiyə qarşı hörmətim daha da artdı" - Qurban Qurbanov

Xəbər verdiyimiz kimi, "Qarabağ" Çempionlar Liqasında mübarizəyə qoşulub. Ağdam klubu ikinci təsnifat mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul etdiyi Gürcüstan çempionu "Samtredia"nı 5:0 hesabı ilə məğlub edib.

Metbuat.az-ın məlumatına görə, oyundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov fikirlərini mətbuat nümayəndələri ilə bölüşüb:

"Çox istəkli və aqressiv komandaya qarşı oynayırdıq. Rəqib topla davranmağı bacarır. 4 top buraxdıqdan sonra da rəqib məğlub olmaq istəmirdi. Eşitdim ki, baş məşqçiləri yenə də şanslarının qaldığını deyib. Bu komandaya, məşqçiyə qarşı hörmətim daha da artdı.

Oyuna gəlincə, çətin başlanğıc oldu. İlk hissə bizim üçün bir qədər ağır oldu. Futbolçularımız xarakter nümayiş etdirdilər. Bir dəqiqə də olsun sakitləşmədilər. Azarkeşlərin də bu gün bizə köməyi oldu. Fikrimiz cavab görüşündə olacaq. Çalışacağıq bu müddətdə çatışmayan cəhətlərimizi aradan qaldıraq. Həddən artıq diqqətli və ciddi olmalıyıq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR