Bakı metrosunda həyəcan: Qatar stansiyada dayanmadı və...

Bu səhər metronun “Həzi Aslanov” stansiyasından “İçəri Şəhər” istiqamətində hərəkət edən qatarda yaşanan həyəcanlı anların səbəbi məlum olub.

“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, qatarda heç bir texniki problem olmayıb: “Deməli, “Həzi Aslanov” – “İçərişəhər” istiqamətində 3 saylı marşrut üzrə hərəkət edən qatar "Nərimanov" stansiyasında müəyyən olunmuş yerdə saxlamayıb. Yəni qatarın birinci vaqonunun iki qapısı müəyyən olunmuş yeri keçib. Belə olan halda qəti təlimat var ki, qatarın qapıları açılmamalıdır. Ona görə də, qatar “Gənclik” staniyasına gedib və sərnişinlər orada qatarı tərk ediblər.

Qatarın hansı səbəbdən müəyyən olunmuş yerdə saxlamaması isə araşdırılır”.

Hansı provayder daha sürətlidir? - ADSL, yoxsa...- Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR