Ağcaqanadlar nəyə görə sizi dişləyir?

İsti havalarda başımızın bəlasına çevrilmiş ağcaqanadlardan qorunmaq üçün müxtəlif üsullar var. Ancaq hər kəsi düşündürən bir sual var: Ağcaqanadlar nəyə görə məni dişləyir?

Metbuat.az xəbər verir ki, ağcaqanadları özünə çəkən əsas səbəb görüntü və qoxudur.

Görüntü

Qara, tünd yaşıl və qırmızı geyimlər ağcaqanadları cəlb edir. Bu səbəblə, ağcaqanadlardan qorunmaq istəyirsinizsə, açıq rəngli geyimlər geyinin.

Temperatur

Ağcaqanadlar bədən temperaturu yüksək olan insanları daha çox dişləyir.

Qan qrupu

Ağcaqanadları özünə çəkən səbəblərdən biri də qan qrupunuzdur. Müsbət qan qrupu olan insanları daha çox dişləyir.

Hamiləlik

Hamilə qadınlar ağcaqanadların seçimlərindən biridir. Buna səbəb, hamilələrin bədəndən 20 faiz daha çox karbondioksid buraxması və bədən temperaturlarının hamilə olmayanlara nəzərən daha yüksək olmasıdır.

Aysel Yaqubqızı / Metbuat.az

Balaca uşağın əlləri görün nə günə düşdü... - FOTOLAR - Oxumaq üçün tıklayın


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR