Polis həmin "Qarabağ" azarkeşlərini axtarır

Dünən Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində keçirilən "Qarabağ"-"Samtredia" oyunundan sonra Ağdam təmsilçisinin azarkeşləri metro vaqonlarına və müşahidə kamerasına zərər vurublar.

Hadisə ilə bağlı "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Metbuat.az-a xəbər verib. Nəsimi Paşayev bildirib ki, hadisə ilə bağlı araşdırmalar gedir: "Biz artıq polisə müraciət etmişik. Hadisə aktlaşdırılıb. Araşdırmaların sonunda lazımi cavab tədbirləri görüləcək". 

O əlavə edib ki, burda "Qarabağ" klubunu heç bir günahı yoxdur: "Biz onları təqsirləndirmirik. Azarkeşlər futboldan sonra metroya miniblər və bu vəziyyətə qoyublar. 

Hadisə ilə bağlı klub rəsmiləri ilə əlaqə saxlamağa çalışsaq da, telefon zəngimizə cavab verilmədi.

Qeyd edək ki, dünən keçirilən oyun "Qarabağ"ın 5:0 hesablı qələbəsiylə başa çatıb.

Sərdar Məmmədov / Metbuat.az

"Qarabağ" Gürcüstan çempionunu darmadağın etdi - YENİLƏNİB - Oxumaq üçün tıkladı

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR