Avtomobildə pirotexniki vasitələr tapıldı

"Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn nəqliyyat vasitəsində pirotexniki vasitələr aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Metbuat.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz-21074" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin sağ və sol qanadlarının, arxa oturacağının içindən üzərində gürcü əlifbası ilə yazılar olan 640 qutu pirotexniki vasitə və 30 ədəd mobil telefon qutuları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

General: "Məni o zaman işdən çıxartmalı idi..." - AÇIQLAMA - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR