Fransada daha bir polis öldürüldü (FOTO)

Fransada daha bir polis öldürüldü (FOTO)
16:11 8 Yanvar 2015
106 Dünya
Ölkə mətbuatı
A- A+

Dünənki terrordan sonra bu gün Fransada daha 2 polisə silahlı hücum təşkil edilib.

ANS PRESS-in məlumatına görə, Parisdə baş verən silahlı insident zamanı qadın polis ağır yaralanıb və hadisə yerindəcə dünyasını dəyişib.

Bu səfər isə polisin ölümünə terror deyil oğurluq səbəb olub.

Belə ki, dünənki terror hücumundan sonra gücləndirilmiş rejimə keçən Fransa polisi təhlükəsizliyi gücləndirib. Səhər saatlarında bir nəfər avtomobil oğurlamağa cəhd edib və bu zaman polis vəziyyəti fərq edib. Qaçmaq istəyən oğru daha sonra qəza törədib. Bu zaman polis oğrunu saxlamağa çalışıb.

Polisləri görən oğru üzərindəki silahı çəkərək təhlükəsizlik orqanını yaralayıb. Qaçmağa çalışan oğru qısa bir müddət sonra ələ keçirilib. Hadisənin dünənki hücumla əlaqəsinin olmadığı ifadə edilib.














Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=318465

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR