Hədə-qorxu yolu ilə pul alan şəxslər

Vətəndaşları rüsvayedici məlumatlar yaymaqla hədələyərək pul alan 5 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, iyulun 6-da Ağsu şəhərinin ərazisində vətəndaş S.M. barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək ondan 7000 ABŞ dolları almış Çaparlı kənd sakini Şənlik Hüseynov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində tutulub.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində iyulun 7-də Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisindəki restoranlardan birində Sumqayıt şəhər sakini Ş.A. barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək ondan 3000 manat pul almış 4 nəfər saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Xəzərdə boğulan şəxs xilas edildi - FHN - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR