Prezident futbolçuların hər birinə 55 min dollar vəd etdi

Prezident futbolçuların hər birinə 55 min dollar vəd etdi
16:13 8 Yanvar 2015
169 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir Məftun Salmanov/

Bu il Afrika Kubokunun qalibi olacağı təqdirdə Seneqal yığmasına pul mükafatı vəd edilib.

Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, Seneqal Prezidenti Maki Sall bildirib ki, yığma qarşıdakı turnirin birincisi olarsa, oyunçuların hər birinə təqribən 55 min dollar veriləcək.

Bundan başqa, futbolçular turnirdə hər qələbəyə görə də pul mükafatları alacaqlar.

Qeyd edək ki, Seneqal heç vaxt Afrika Kubokunu qazanmayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR