ABŞ-ın Xüsusi Təyinatlı Qüvvələri Rakkaya daxil olub - İŞİD-ə qarşı ittifaq

Hazırda Rakka şəhərində Suriya Demokratik Qüvvələri və İŞİD arasında döyüşlər gedir.

Metbuat.az "Frans Press"ə istinadən xəbər verir ki, ABŞ Xüsusi Təyinatlı Qüvvələri şəhəri İŞİD-dən təmizləmək məqsədilə Suriya Demokratik Qüvvələrinə yardım edirlər.

Amerikalı polkovnik Rayan Diplonun sözlərinə görə, amerikalı hərbçilər bölgədə yerli qüvvələri müşayiət edirlər.

Qeyd edək ki, Rakka 2013-cü ildən İŞİD-in nəzarəti altındadır. Şəhər terrorçuların qeyri-rəsmi paytaxtı hesab olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR