ABŞ-da konqresmenlər Trampın impiçmentini tələb edirlər

ABŞ Nümayəndələr palatasının iki üzvü - demokratlar Bred Şerman və El Qrin ABŞ prezidenti Donald Trampın impiçmentinə dair təşəbbüslə çıxış ediblər.

Metbuat.az-ın məlumatına görə, konqresmenlər Rusiyanın seçkilərə müdaxiləsinin araşdırılmasına əngəl olmasını səbəb kimi göstərərək, Trampın ABŞ qanunları çərçivəsində vəzifəsindən azad olunmasını tələb edirlər.

Şerman və Qrinin fikrincə, ABŞ prezidenti Rusiya mövzusunda öz səlahiyyətlərindən sui-istifadə edərək prezident andına xəyanət edir. Konqresmenlər əmindirlər ki, sabiq FTB direktoru Ceyms Kominin işdən çıxarılması da bu proseslərin bir parçasıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR