İntihar edən idmançımızın son PAYLAŞIMI - FOTOLAR

İntihar edən 18 yaşlı idmançımız Rəşad Dünyamalıyevin son “Facebook” paylaşımı yayılıb.

Metbuat.az bildirir ki, idmançı “Facebook” hesabında son olaraq öz fotosunu paylaşıb.

Qeyd edək ki, Sambo üzrə gənclərdən ibarət Azərbaycan millisinin üzvü Rəşad Dünyamalıyevin özünü asdığı bildirilir. İntiharın hansı səbəbdən baş verdiyi bəlli deyil. Faktla bağlı araşdırma aparılır.

Bildirək ki, Azərbaycanın yeniyetmə və gənc samboçulardan ibarət yığma komandasında çıxış etmiş Rəşad Dünyamalıyev iki dəfə Avropa çempionu olub. Dünya çempionatının da mükafatçısı olan Dünyamalıyev, sonuncu dəfə 2017-ci ilin aprel ayında Çexiyanın paytaxtı Praqada keçirilən Avropa çempionatında qızıl medal qazanmışdı.

Türkiyəli jurnalist dünyasını dəyişdi – OXUMAQ ÜÇÜN TIKLAYIN!

Xəyalə Məmmədova / METBUAT.AZ 




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR