Misirdə Azərbaycan dili tədris edilir - FOTOLAR

Misir Ərəb Respublikasında fəaliyyət göstərən “Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin ofisində Azərbaycan dilinin tədrisinə başlanılıb.

Bu barədə Metbuata.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Azərbaycan dilinin tədrisi ilə yanaşı, xalqımızın tarixi, zəngin mədəni irsinin də təbliğinin nəzərdə tutulduğunu bildirən Birliyin sədri, tədqiqatçı-alim Seymur Nəsirov dərslərin həftədə 2 dəfə keçiriləcəyini və tədris prosesinin ilkin mərhələsində Misirin Qahirə və Ayn-Şəms universitetlərinin məzunlarının iştirak edəcəyini qeyd edib.

S.Nəsirov 2016-2017-ci tədris ilindən etibarən Azərbaycanın Misirdəki səfirliyinin dəstəyi ilə Qahirə Universitetində Azərbaycan dilinin tədrisinə başlanıldığını, bunun Misirin digər qabaqcıl ali təhsil müəssisələrində də təşkil ediləcəyini bildirib.

DİQQƏT: NASA-dan dəhşətli açıqlama - Dünya üçün təhlükə var - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR