Azərbaycanda illik infilyasiya

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,9 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 18,1 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 12,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,4 faiz artıb.

Dövlət Statistika Komitəsindən Metbuat.az-a verilən məlumata görə, cari ilin iyun ayında may ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 1,0 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,5 faiz azalıb, qeyri-ərzaq məhsulları və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1 faiz artıb.

Ay ərzində un, qarabaşaq və manna yarması, makaron məmulatları, mal, qoyun və toyuq əti, günəbaxan və qarğıdalı yağları, pasterizə olunmamış üzlü süd, çay və qəhvə, mineral sular və bulaq suyu, şəkər və şəkər tozu, kartof, şirin bibər, pomidor, xiyar, çiyələk, ərik, alça, gilas, tütün məmulatlarının qiymətlərində azalma, kərə və zeytun yağları, kolbasa məmulatları, yumurta, alma, limon, soğan, çuğundur və göyərtinin qiymətlərində isə azalma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

İyun ayında may ayı ilə müqayisədə qeyri-ərzaq mallarından parçalar, mebel və ev əşyaları, xalça və digər döşəmə örtükləri, minik avtomobilləri üçün ehtiyat hissələri, zərgərlik məmulatları, fərdi və planşet tipli kompüterlərin qiymətlərində artım, kitablar, telefon aparatları, soyuducu və paltaryuyan maşınlar, kondisionerlər, ventilyatorlar, şirəsıxanlar və elektrik çaydanlarının qiymətlərində isə azalma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

İyun ayında əvvəlki aya nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidməti, ev və məişət xidmətləri, məişət cihazları, zinət əşyaları və saatların təmiri, respublikadan kənara istirahət turlarının qiymətlərində artım, mebel, ev əşyaları və döşəmə örtüklərinin təmiri xidmətləri, kafelər tərəfindən yeməklə təmin edilmə xidmətlərinin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Neft bahalaşdı - SON QİYMƏT - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR