Günəşdən qorunmaq üçün bu qidalardan yeyin

İsti havalarda dərini günəşin zərərli şüalarından qorumaq çox önəmlidir.

Metbuat.az xəbər verir ki, dietoloq Emre Uzun xüsusilə, A, C, E vitaminləri ilə sink və selenium minerallarının günəşdən qorunmaq üçün önəmli rol oynadığını qeyd edib. Emre Uzun yaşıl çay, pomidor, soya, brokoli və üzüm yeməyin vacibliyini vurğulayıb. Həkimin sözlərinə görə, yaşıl çayın tərkibindəki “EGCG” adlı təbii qarışıq dərini günəşin zərərli ultrabənövşəyi şüalarından qoruyur.

Pomidora qırmızı rəng verən və çox önəmli antioksidant olan “likopen” ultrabənövşəyi şüaların yarada biləcəyi problemlərin qarşısını alır. Bu səbəblə, günəş kremlərində “antiaging” təsiri yaratmaq üçün “likopen” istifadə edilir.

Günəşin zərərli şüalarından qorunmaq üçün istifadə edəcəyiniz qidalardan biri də soyadır. Soyanın tərkibindəki molekulların günəşə bağlı dəri problemlərini azaltdığı və dərini gücləndirdiyi sübut olunub.

Brokoli dərini qorumaq üçün ən yaxşı qidalardan biridir.

Dietoloq əlavə edib ki, üzüm tumu ekstraktı xüsusilə, günəşin əmələ gətirdiyi ləkələrdən qorunmaq üçün yaxşı alternativdir. Bundan əlavə, qanda şəkərin tarazlaşması və xolestrolun aşağı salınmasında təsirlidir.

Aysel Yaqubqızı / Metbuat.az

Dünyanın ən faydalı pəhrizi - Oxumaq üçün tıklayın



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR