“İsgəndər” raketlərini vura biləcək silahlarımız var"

Azərbaycan Silahlı Qüvvələri Ermənistanda yerləşdirilən “İsgəndər” komplekslərinin raketlərini vura biləcək silahlara malikdir.

Bu fikirləri Azərbaycanın müdafiə naziri Zakir Həsənov deyib.

O qeyd edib: “Mən müdafiə naziri olaraq bəyan edirəm ki. biz bu raketləri vura bilərik. Bizdə həmin raketlərin sayı 50 dəfə çoxdur. Sözlərimə görə tam məsuliyyət daşıyıram. Əgər onlar həmin silahı tətbiq etsələr, təsəvvür edin, infrastruktur və hərbi obyektlərə cavab atəşi necə olacaq?!”

Nazirin sözlərinə görə, dünyada qoşunların yeridilməsinin bir neçə taktikası mövcuddur:

"İsgəndər" yaxşı raketdir. Lakin bir neçə məsələ var. Birincisi, "İsgəndər"in bir çox növü var. İkincisi, həmin "İsgəndər" hansı vəziyyətdədir? Üçüncüsü, bu "İsgəndər"i kim idarə edir? Dördüncüsü, onu tətbiq etməyi bacaracaqlarmı? Biz hərbçi kimi, hər zaman ən pis varianta baxırıq, buna hazırıq. Sizə yuxarıda bəhs etdiyim raketlər Rusiyadan alınmayıb, amma keyfiyyətcə geri qalmır. Sizə deyə bilərəm ki, vəziyyəti modelləşdirib döyüş atışları həyata keçirmişik. Nəticə əladır! Bu gün biz əminik ki, yaşayış məntəqələrimizi və Silahlı Qüvvələrimizi müdafiə edə biləcəyik".

"Danışıqlar heç bir nəticə vermir və..." - Zakir Həsənov - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR