Banklara yeni tələb (VİDEO)

Banklara yeni tələb (VİDEO)
16:21 8 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Mərkəzi Bankdan banklar qarşısında yeni tələb qoyub. Artıq yeni ildən bütün banklar təhlükəsizlik tədbirlərini gücləndirməli, hətta bankdan kənarda yerləşən ehtiyat idarəetmə mərkəzi yaratmalıdır.

ANS TV-nin məlumatına görə, hər bir bank informasiya sistemlərinin təhlükəsizliyini möhkəmləndirməli, serverlərinə və serverə xidmət edən inzibatçılara nəzarəti gücləndirməlidir. Mərkəzi Bankın tələbinə görə, bütün banklarda sistem və təhlükəsizlik inzibatçısı təyin olunmalıdır. İnformasiya sistemlərinə və informasiya texnologiyalarına yalnız konkret əməkdaşlar daxil ola bilər. Hər bir bankda sistemlərin zədələndiyi, hər hansı təhlükəyə məruz qaldığı halda, fəaliyyətin dayanmaması üçün əlavə ehtiyyat idarətetmə mərkəzi yaradılmalıdır. Əsas serverdə problem yaranan kimi əməliyyatlar bu mərkəzə köçürülmədidir. Bəzi banklar könüllü olaraq artıq belə mərkəzləri yaratsa da, bundan sonra hamısı üçün bu məcburi olacaq. Mütəxəssislər yeni tələblərin bankların əsasən daxildən qorunmasına hesablandığını deyir.

Bankın İT departamentinin rəhbəri Yalçın Tağızadə deyib ki, proqram yaxşı qorunmalıdır. Onun sözlərinə görə, xaker o qədər işini yaxşı bilməlidir ki, o sistemə daxil olanda bütün proseslərə daxil ola bilsin.

Xatırladaq ki, bundan əvvəl bir neçə dəfə bank işçilərinin sistemə daxil olaraq ayrı-ayrı müştərilərin hesabından pul çıxarması kimi hadisələr baş verib. Hətta 100 minlərlə manatdan söhbət gedirdi. Mərkəzi Bank bankların server otaqlarına tələbləri də sərtləşdirib. Bu otaqlar xüsusi kameralarla qorunmalı, ora giriş-çıxış məhdud olmalı, otaqların pəncərələri zirehli şüşə və dəmir barmaqlıqla təchiz edilməlidir.

Mütəxəssislər deyir ki, bütün bunlar banklara müəyyən qədər xərc bahasına başa gəlsə də, həm müştərinin, həm özlərinin mümkün risqlərdən qorunması üçün vacibdir.


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR