"Göz yaşlarımı saxlaya bilmədim" - Baş nazir ağladığını etiraf etdi

Böyük Britaniyanın baş naziri Tereza Mey 8 iyunda baş tutan seçkilərin nəticələrini öyrəndiyi zaman göz yaşlarını saxlaya bilmədiyini etiraf edib.

Metbuat.az-ın məlumatına görə, BBC-yə açıqlama verən Mey yaxşı seçki kampaniyası aparmadığını deyib. O həmçinin nəticələr açıqlandıqdan sonra ağladığını bildirib:

"Nəticələri öyrənəndə sarsıldım. Etiraf edirəm ki, göz yaşlarımı saxlaya bilmədim. Olanları başa düşməyim bir neçə dəqiqə çəkdi. Bu nəticəni gözləmirdik. Həyat yoldaşım məni qucaqladı. O, uzun müddətdir ki, məni dəstəkləyir".

Qeyd edək ki, Deyvid Kemeronun istefasının ardından baş nazir təyin olunan Tereza Mey cari ilin 18 aprelində, erkən seçkilərin keçirilməsi ilə bağlı qərar vermişdi. Gözləntilərin əksinə, Meyin rəhbəri olduğu Mühafizəkarlar Partiyası 8 iyunda keçirilən seçkilərdə lazımi səs çoxluğunu əldə edə bilməmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR