Play Store

Avropa Liqası: "Zirə" Rumıniyadan məğlubiyyətlə qayıdır (YENİLƏNİB)

UEFA Avropa Liqasında ikinci təsnifat mərhələsinin ilk görüşləri keçirilir.

Metbuat.az-ın məlumatına görə, "Qəbələ" ilə yanaşı, daha bir təmsilçimiz "Zirə" də bu gün meydana çıxıb.

"Zirə" Rumıniyada "Astra"nın qonağı olub. Oyunda hesab 31-ci dəqiqədə açılıb. Ev sahiblərinin heyətində İoniça fərqlənib. Ancaq çox keçmədən "Zirə" status-kvonu bərpa edib.

İkinci hissədə isə hadisələr Rumıniya təmsilçisinin xeyrinə cərəyan edib. Daha iki dəfə fərqlənən "Astra" oyundan 3:1 hesablı qələbə ilə ayrılıb.

Avropa Liqası

2-ci təsnifat mərhələsi, ilk oyunlar

13 iyul

"Astra" (Rumıniya) - "Zirə" (Azərbaycan) - 3:1

Qollar: İoniça, 31, Dandea, 55, Le Tallek, 74 - Rəşad Sadiqov, 34

Baş hakim: Sergey Sinkeviç

Baş hakimin köməkçiləri: Yevgeni Romanov, Vitali Malyutsin Dördüncü hakim: Viktor Şimusik (hamısı Belarus)

UEFA nümayəndəsi: İvan Borissov Lekov (Bolqarıstan)

Hakim-inspektor: İrji Ulrix (Çexiya)

Giurgiu. Marin Anastasoviçi stadionu


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR