Lənkəranda 8 otaqlı ev yanıb - FHN

Lənkəran rayonu, Boladı kəndində yanğın qeydə alınıb.

Metbuat.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Lənkəran rayonu, Boladı kəndində vətəndaşa məxsus ümumi sahəsi 240 m2 olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində 2 otağın tavanı və dam örtüyünün yanar konstruksiyaları 60 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 16:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şəmkirdə 12 otaqlı evdə yanğın olub - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR