Tarixdə bu gün nələr baş verib? - 14 iyul

14 iyul 1969-cu ildə Heydər Əliyev Azərbaycan KP MK-nın 1-ci katibi seçilib.

1989-cu ilin bu günündə Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi Xankəndi şəhərində azərbaycanlı əhaliyə qarşı terror aktı həyata keçirilib. R.Zorge küçəsi, 51 ünvanında törədilən partlayış nəticəsində onlarla insan yaralanıb, 26 azərbaycanlı ailəsi evsiz qalaraq şəhəri tərk etməli olub.

14 iyul 1683-cü ildə Osmanlı ordusu Vyananı mühasirəyə alıb.

1789-cu ilin bu günündə Bastiliyanın alınması ilə Böyük Fransa inqilabı başlayıb.

14 iyul 1952-ci ildə “General Motors” kütləvi istehsal olunan avtomobillərdə kondisioner quraşdırmağa rəsmən start verib.

14 iyul 1958-ci ildə İraqda dövlət çevrilişi baş verib, kral II Faysal və baş nazir Nuri Səid paşa öldürülüb.

2015-ci ilin bu günündə "Altılıq ölkələri" ilə İran arasında yeni razılaşma sazişinin layihəsi hazırlanıb.

Tarixdə bu gün nələr baş verib? - 13 iyul-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az 


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR