Play Store

SOCAR-ın zavodunda kütləvi zəhərlənmə - SON DƏQİQƏ

SOCAR-ın törəməsi olan STAR neft emalı zavodunda kütləvi zəhərlənmə baş verib.

Məlumata əsasən zavodun xeyli sayda əməkdaşı ötən gün nahar zamanı verilən yeməkdən zəhərləndiyini iddia edir. Zavod işçiləri ətin keyfiyyətsiz olduğundan şübhələnir. Ümumilikdə 1500 nəfər işçinin zəhərləndiyi iddia edilir. “Gecə ərzində təcili tibbi yardım maşınları dayanmadan işləyib. Problem zavodun və podratçı olan TSGI şirkətinin rəhbərliyinin nəzərinə çatdırılıb. Lakin bir tədbir görən yoxdur” deyə işçilərdən biri bildirib.

SOCAR rəsmiləri isə insidentin baş verdiyini təsdiqləyiblər. Bununla yanaşı, onlar qeyd edib ki, rəqəmlər xeyli şişirdilib və zəhərlənənlərin sayı 1500 nəfər deyil: “Əlimizdə olan son rəqəmlərə görə, 346 nəfərə tibbi yardım göstərilib”.

Zavod rəhbərliyi artıq baş vermiş hadisəni işçiləri yeməklə təmin edən şirkətlə müzakirə edib” “Naharda işçilərə verilən yeməyin nümunələri laboratoriyaya göndərilib. Nəticələr barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”. //Modern.az

Azərbaycan nefti bahalaşdı - SON MƏLUMAT - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR