Play Store

Xərçəngin qarşısını alır, vitamin yaradır... - ARAŞDIRMA

Mütəxəssislər “Spirulina” adlı yosunun xərçəngin qarşısını aldığını açıqlayıb. 

Metbuat.az xəbər verir ki, “Spirulina” dünyada 3.5 milyard tarixi olan yosun növüdür. Min illər əvvəl Asteklərin pəhriz menyusunda xüsusi yer tutan “Spirulina” yüksək protein, beta-karoten, dəmir, C, E və kompleks B vitamini ilə zəngindir. 3-5 qram istifadə etməklə gündəlik dəmir, beta-karoten, vitamin B 12 və kompleks B qrupu vitaminlərinə olan ehtiyacınızı ödəyir.

“Spirulina”nın faydaları nələrdir?

Aparılan araşdırmalarda “Spirulina”nın qan şəkərini tarazlaşdırdığı məlum olub. Şəkərli diabet xəstələrinin müalicəsinə dəstək olaraq istifadə edilə bilər.

Gündəlik olaraq 10 qram bu qidadan istifadə etməklə xolestrol səviyyəsini aşağı sala bilərsiniz.

Tərkibi beta-karoten və antioksidantla zəngin olduğu üçün xərçəng şişlərinin qarşısını alır. Gündəlik istifadədə yeni hüceyrə meydana gəlməsini dəstəkləyərək, “Malign” adlı xərçəng hüceyrəsinin inkişafını əngəlləyir.

Tərkibindəki yüksək miqdarda “Gamalinoleik” turşusu və omeqa-3-6-9 sayəsində iltihabəleyhinə güclü vasitədir.

Aysel Yaqubqızı / Metbuat.az

DİQQƏT! Alma pəhrizi ilə arıqlayın - Artıq çəkiyə SON - Oxumaq üçün tıklayın


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR