POLKOVNİK: "Müharibədir, itkilərin olması qaçılmazdır" - Hərb, yoxsa sülh?

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq. 

“Ölkə başçısı səsləndirdiyi fikirlərlə bir daha mesaj verdi ki, danışıqlar prosesi bu qədər uzanacaq və heç bir nəticəyə gətirməyəcəksə, Azərbaycanın başqa bir yolu qalmayacaq”.

Bu sözləri Metbuat.az-a açıqlaması zamanı ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov bildirib.

Onun sözlərinə görə, Azərbaycan mütləq mənada ərazi bütövlüyünü və süverenleyini təmin etmək üçün güc amilindən istifadə edəcək:

“Biz bunu heç vaxt gizlətməmişik və bu gün də təkrarlayırıq. Bədnam qonşularımız və onun havadarları bunu tez anlasalar, bir o qədər yaxşı olar. Biz davamlı şəkildə bu məsələləri gündəmə gətiririk, amma dediyimiz fikirlər bəzi şəxslər tərəfindən adi söz olaraq qəbul olunur. Azərbaycan 20 il səbr nümayiş etdirib. Bizim bundan sonra gözləməyə vaxtımız yoxdur. Mövqe qətidir. Azərbaycan ərazi bütövlüyü təmin olunmalıdır və bu heç bir müzakirə mövzusu ola bilməz. Ölkəmiz tez bir zamanda məsələnin həllini istəyir və bu məsələ həllini tapmalıdır. Azərbaycan Silahlı Qüvvələrini ölkəmizin ərazi bütövlüyü və süvirenliyini təmin etmək üçün hazırlayırıq. Keçirilən təlimlər buna hesablanıb. Azərbaycan siyasi və hərbi rəhbərliyi çalışır ki məsələ sülh yolu ilə həllini tapsın. Çünki bu müharibədə bizim tərəfimizdə də itkilərin olması qaçılmazdır”.

Ötən gecə cəbhədə baş verənlər - Müdafiə Nazirliyi açıqladı – OXUMAQ ÜÇÜN TIKLAYIN!

Xəyalə Məmmədova / METBUAT.AZ   


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR