Yemiş sevənlərə ŞAD XƏBƏR! - Çox faydalıdır...

Yayda ən çox yediyimiz meyvələrdən biri də yemişdir. 

Metbuat.az xəbər verir ki, yemişin orqanizmə fayları çoxdur. Tərkibi kalium, A, B və C vitamini ilə zəngin olan yemiş immunitet sistemini gücləndirir. Yemiş tərkibindəki kalium sayəsində yuxu rejimi pozulan və yuxusuzluqdan əziyyət çəkənlərə yardımçı olur. Qan axışını normallaşdırır, stressdən də qoruyur.

Mütəxəssislər deyir ki, göz sağlamlığınız üçün çoxlu yemiş yeyin. Tərkibi A vitamini ilə zəngin olan yemiş irəli yaşlarda katarakta xəstəliyinə tutulma riskini azaldır.

Yemişin 90 faizi sudan ibarətdir. Tərkibində qida lifləri çox olduğundan pəhrizdə olanlar üçün əvəzedilməz qidadır. Təbii ki, həddindən çox yeməmək şərti ilə.

Dəri sağlamlığınızı qorumaq üçün yemiş yeyə bilərsiniz. Tərkibindəki C vitamini dərinin sağlam şəkildə yenilənməsini təmin edir.

Qeyd edək ki, yemişin faydaları bununla bitmir. Onun ürək-damar sistemi xəstəlikləri və xərçəngə yaxalanma riskini azaltdığı deyilir.

Aysel Yaqubqızı / Metbuat.az

Qarpızın qabığı özündən faydalıdır - Bunları bilmirsiniz... - Oxumaq üçün tıklayın


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR