Sevgilisinə görə intihar edən qızın vəziyyəti ağırdır - ÖZƏL

İyulun 13-də günorta saatlarında rayonun Xəqani küçəsində yerləşən beşmərtəbəli binanın 5-ci mərtəbəsindən pəncərə silərkən yıxıldığı bildirilən, 1996-cı il təvəllüdlü Nərmin Elçin qızı Abbaszadənin sevdiyi oğlanın başqası ilə nişanlandığını eşitdikdən sonra intihara cəhd etdiyi haqda məlumatlar yayılıb.

Metbuat.az xəbər verir ki, valideynləri ayrıldıqdan sonra anası ilə birgə Almaniyada yaşayan qız, Tovuza xalası qızının avqust ayında keçirilməsi nəzərdə tutulan toy mərasimində iştirak etmək üçün gəlib.  Deyilənlərə əsasən, Nərmin burada uzun müddətir ki, sevdiyi oğlanın başqa bir qızla nişanlandığı xəbərini eşidib. Bundan sarsılan 21 yaşlı qız özünü qonaq qaldığı xalasının mənzilinin pəncərəsindən yerə atıb.

Hadisə yerinə çağırılan təcili tibbi yardım maşınıyla Tovuz Rayonunun Mərkəzi Xəstəxanasına aparılan yaralı əməliyyat olunub və böyrəklərindən biri aldığı xəsarətdən sonra sıradan çıxdığına görə əməliyyatla götürülüb və lazımi tibbi yardımlar göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib. Valideyinlərinin tək övladı olan N.Abbaszadənin hazırda həyatı təhlükəsi davam edir. 

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən Tovuz Rayon Mərkəzi Xəstəxanasının Baş həkiminin müalicə işləri üzrə müavini Mahirə Quliyeva Nərmin Abbaszadənin vəziyyətindən danışıb: 

“Vəziyyəti ağır stabildir. Qohumlarının bizə dediyinə əsasən, pəncərə silərkən yıxılıb. Dünən çəkiliş üçün gəlmişdilər, amma qohumları çəkilişə icazə vermədi. Qızın valideynləri Almaniyada yaşayır, qohumları isə xəbərin yayılmasını istəmir. Hətta fotoların çəkilməsinə belə icazə vermirlər”. 

TOVUZ: Qız sevdiyi oğlana görə özünü bu binadan atıb - FOTOLAR-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR