Dalay Lamadan yeni xəbər

Dalay Lamadan yeni xəbər
16:31 8 Yanvar 2015
118 Digər
Ölkə mətbuatı
A- A+

Qiyamət proqnozları ilə 2 il əvvəl dünyanı vəlvələyə salan Dalay Lama yenə gündəmdədir. ANS PRESS-in məlumatına görə, o, Böyük Britaniyada hər il keçirilən “Glastonbury” incəsənət festivalına qatılacaq. Festival 24-28 iyun tarixlərində reallaşacaq.

"Glastonbury" festivalında musiqiçilər, balet artistləri, sirk truppaları ilə yanaşı bütün dünya buddistlərinin mənəvi lideri Dalay-lama da çıxış edəcək. O, qonaqların və iştirakçıların qarşısında nitq söyləyəcək. Dalay-lamadan sonra çıxış edəcəyi təsdiqlənmiş yeganə artist Layonel Riçidir.

Tibet buddizminə görə, Dalay Lama Avalokiteşvara və Bodxisatva iztirabın Yerdəki təcəssümüdür. XVII əsrdən 1959-cu ilə qədər Dalay Lama ölkənin paytaxtı Lhasadan ölkəni idarə etmişdi. Bununla əlaqədar olaraq, Dalay Lamaya indi Tibet xalqının dini lideri kimi baxılır.

Dalay Lamaya müraciətdə "Zati-müqəddəsləri" titulu istifadə olunur. "Dalay" monqol dilində "Əzəmətli" mənasında" "okean" deməkdir ( Çingizxandan sonra hakimiyyətdə olan xanlar Dalay-xan titulunu daşıyırdılar. "Lama" (bla ma) isə sanskrit dilində "quru" sözünün ekvivalenti olaraq "müəllim" mənasını verir).

Dalay Lamanın ölümündən sonra onun növbəti inkarnasiyasının axtarışına çıxırlar. Bu körpə müəyyən əlamətlərə malik olmalı və müəyyən testlərdən keçməlidir. Axtarışlar adətən bir neçə il davam edir. Sonra körpə Lhasaya göndərilərək təcrübəli lamaların rəhbərliyi altında təhsil alır. Dalay Lama və Pançen Lama (Dalay Lamadan sonra ikinci lama sayılır) bir-birinə müəllim-şagird kimi bağlı olurlar, kim böyükdürsə o, müəllim, balaca olan isə şagird olur. Dalay Lamanı həmçinin Tibetin lideri adlandırırlar.

XIV Dalay Lama 1935 - ci ildə doğulub. Dalay Lamaların Qış iqamətgahı ( Beşinci Dalay Lamadan başlayaraq) Lhasada yerləşən Potala sarayı, yay dövründə isə Norbulinq sarayıdır. 1959-cu ildən başlayaraq Dalay Lama şimali hind şəhərciyi Dharamsalada yaşayır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=318446

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR