Çox tərləmək bu xəstəliklərin əlamətidir - HƏKİM RƏYİ

“Tərləməyə səbəb genetik tər vəzilərinin fəaliyyətinin artıq olmasıdır”.

Bunu Metbuat.az-a açıqlamasında həkim dermatoloq Rəşad İsayev deyib: “Tərləmə normal fizioloji prosesdir. Lakin həddən artıq tərləmə orqanizmdə hər hansı pozulmanın əlaməti ola bilər”.

Həkim əlavə edib ki, güclü tərləmə vərəmin, ürək-damar, endokrin sistemi, böyrək xəstəliklərinin, uşaqlarda həddən artıq tərləmə isə raxitin əlaməti ola bilər. Ayaqlar və ya əllərdə, qoltuqaltı nahiyədə baş verən tərləmə heç bir xəstəliyin əlaməti sayılmasa da, insanda güclü psixoloji narahatçılıqlara səbəb olur”.

Qadınlarda tər vəziləri kişilərlə müqayisədə daha çoxdur, buna baxmayaraq, kişilərdəki tər vəziləri qadınlardakı vəzilərdən daha fəal haldadır.

Qoltuqaltı tərləmənin müalicəsində ən effektiv metod nədir?

Həkim dermatoloq Rəşad İsayev deyib: “Qoltuqaltı, əl və ayaq tərləmələrində ən çox “Botox” müalicə metodundan istifadə edilir. Botulinumtoksin (Botox) tər vəzilərini innervasiya edən simpatik sinir uclarında asetilxolini blokada etməklə təsir göstərir. Bununla da, tər vəzilərinin innervasiyası müvəqqəti dayanır. Bu isə tər vəzilərinin daha az tər ifraz etməsi ilə nəticələnir”.

Həkim qeyd edib ki, prosesi tətbiq etməzdən əvvəl tərləyən nahiyələrə yod-nişasta testi edilir. Əvvəlcə həmin yerlərə pambıq çubuq vasitəsilə yod çəkilir. Yod quruduqdan sonra üzərinə nişasta tozu səpilir. Bir neçə dəqiqə keçdikdən sonra ən çox tərləyən nahiyələr qaralmağa başlayır. Bununla da, çox tərləyən yerlər aydın olur və müalicə metodu tətbiq edilir.

Aysel Yaqubqızı / Metbuat.az

Bunları bilsəniz, əsla hovuzda çimməzsiniz... - Öldürücü xəstəliklər - Oxumaq üçün tıklayın


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR