"Qalatasaray" Bakıya gələ bilər

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının III təsnifat mərhələsinin püşkü atılıb.

Metbuat.az-ın turnirdə ölkəmizi təmsil edən "Qəbələ", "İnter" və "Zirə” klublarının da potensial rəqibləri müəyyənləşib. Klublarımızdan "Qəbələ" II mərhələni keçsə,  "Panatinaikos"la (Yunanıstan), "İnter" II mərhələni adlayacağı təqdirdə "Östersund" (İsveç) - "Qalatasaray" (Türkiyə) cütlüyünün qalibi ilə, "Zirə" isə üçüncü mərhələyə keçəcəyi təqdirdə Ukraynanın "Aleksandriya" klubu ilə qarşılacaq. 

Qeyd edək ki, Avropa Liqasının 3-cü mərhələsinin ilk oyunları iyulun 27-si, cavab oyunları isə avqustun 3-ü baş tutacaq.

Sərdar Məmmədov / Metbuat.az

"Qarabağ"-ın potensial rəqibi müəyyənləşdi - Püşkatma - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR