Hacı Şahin Parisdəki qətliamı şərh etdi: “Təsirli şou lazım idi”

Hacı Şahin Parisdəki qətliamı şərh etdi: “Təsirli şou lazım idi”
16:34 8 Yanvar 2015
229 Sosial
Ölkə mətbuatı
A- A+

Qafqaz Müsəlmanları İdarəsinin rəsmisi, Məşədi Dadaş məscidinin imam-cüməsi, ilahiyyatçı Hacı Şahin Həsənli Fransanın paytaxtı Parisdə baş vermiş dəhşətli qətliamı şərh edib. Tanınmış ilahiyyatçı Lent.az-a açıqlamasında bildirib ki, bu hadisəyə bir neçə aspektdən yanaşmaq olar: "Fransada baş vermiş hadisə bir neçə cəhətdən diqqəti cəlb edir. Birincisi, inancından asılı olmayaraq insanların heysiyyatı, şəxsiyyəti möhtərəmdir. Bu cəhətdən Avropada belə bir addımın atılması, İslam müqəddasatına həqarət heç bir əxlaqi və hüquqi normaya sığmır. Əgər Fransada erməni yaxud yəhudi soyqırımını məzxərə etsəydilər, hökumət strukturları dərhal qarışacaqdılar. Lakin, müsəlmanlara gəldikdə, ciddi tədbirlər görülmür. Belə ikili standartlar və cəzasızlıq bəzilərini linç məhkəməsi qurmağa vadar edir. İkincisi, bir müsəlman olaraq, heç bir özbaşınalığa və terrora bəraət qazandırmırıq. Heç bir cinayət terrora bəraət qazandıra bilməz. Ən azından bu məsələnin hüquqi yolla həllinə çalışmaq olardı. Buradan bəlli olur ki, bu vəhşiliklərin İslamla baglılığı yoxdur. Onlar radikal, təkfirçi cərəyanlardır ki, müsəlmanın da qanına susayıblar və ondan da acı cinayətləri müsəlman şəhərlətində yörədirlər. Özləri kimi düşünməyənləri qətlə yetirmək bunların peşəsidir. Bunlar sadəcə qatildirlər.


Digər məsələ ondan ibarətdir ki, ümumiyyətlə karikatura nəyə lazım idi və bu intiqam niyə gecikib gecikib. Karikatura olayı sadəcə cəmiyyətin İslamofob ruhiyyəsi ilə bağlı deyil. Əksinə bu ruhiyyəni yaratmaq üçün idi. Avropanın üzləşdiyi iqtisadi, sosial və siyasi problemlər müqabilində, bütün ideoloji immunitetini itirmiş bir cəmiyyəti səfərbər etmək gərəkdir. Səfərbərlik üçün də ən yaxşı yol onsuzda avropalılarım plebey kimi baxdıqları müsəlmanlara qarşı nifrətin təbliği idi. Beləliklə, həm cəmiyyətin diqqətini daxili problemlərdən yayındırmaq, həm də Yaxın Şərqdəki zorakılığa bəraət qazandırmaq mümkün olur. Bunun üçün təsirli bir şou lazım idi, o şounu da yaratdılar".

 

Qeyd edək ki, dünən Parisdə jurnal redaksiyasına edilmiş silahlı basqın zamanı 12 nəfər güllələnib. Bir müddət əvvəl pəyğəmbərin karikaturasını dərc etmiş jurnalın redaksiyasına hücum edən şəxslərin müsəlman dininə mənsub olduğu və məhz karikatura olayına görə bu addımı atdıqları bildirilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR