Play Store

Hamburqda saxlanılan Rusiya vətəndaşı yerli diplomatlarla görüşməkdən imtina edib

Almaniyanın Hamburq şəhərində G-20 sammiti ərəfəsində baş verən qarşıdurmalar zamanı saxlanılan iki rusdan biri Rusiyaya məxsus diplomatlarla görüşməkdən imtina edib.

Metbuat.az-ın məlumatına görə, Rusiyanın Almaniyadakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Denis Mikerin qeyd edib ki, bu, hüquqi yardım imkanlarını məhdudlaşdırır.

Xatırladaq ki, G-20 sammiti 7-8 iyul tarixlərində keçirilmişdi. Zirvə ərəfəsində Hamburqda antiqlobalistlər və digər müxtəlif dəstələr tərəfindən nümayişlər təşkil olunurdu. Polis aktivistləri dağıtmaq üçün yanğın nasoslarından və bibər qazından istifadə edirdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR