Play Store

"Gözəl qadınlar belə şeirə, musiqiyə vurulurlar" - Adriana Limanın türk sevgilisi / FOTOLAR

Məşhur model Adriana Lima ilə eşq həyatı yaşayan türkiyəli yazar Metin Hara Türkiyə mediasının gündəmindən düşmür.

Son olaraq "Hürriyet"dən Ayşe Arman Metin Haradan müsahibə alıb.

Metbuat.az-ın məlumatına görə, 35 yaşlı yazar görünüşünün Adriana Lima ilə sevgili olacaq qədər yaxşı olmadığını iddia edənlərə köhnə sevgililərinin adlarını sadalayaraq cavab verib:

"İnsanlar məni çox tənqid edirlər. Razıyam, fiziki cəhətdən bir o qədər də üstün deyiləm, amma siz heç "Google"də mənim köhnə sevgililərim barədə axtarış vermisiniz?

Aslı Tandoğan, Ekin Türkmen, Müge Boz, Beste Kökdemir - bunlar mənim eks sevgililərimdir. Hamısı da gözəl, öz sahələrində uğur qazanmış, yaradıcı insanlardırlar. Hamısı da məşhurdur. Ona görə də kiməsə nəyisə isbat etmək niyyətində deyiləm".

Metin Hara sevgi məsələlərinin artıq maddiyyatla əlaqəli olmadığını əlavə edib:

"Bu səfər villa sahibləri, fabriki olan insanlar qalib gəlmədilər. 30 lirəyə alınan pleyer, vərəqə yazılan bir şeir qələbə qazandı. Gənclər bunu bilsinlər: sevgi məsələləri artıq pulla olmur. Gözəl qadınlar belə şeirə, musiqiyə vurula bilir. Nəticədə sənə aşiq olurlar. Gənclər bunu örnək alsınlar, qısqananlar isə soda içsinlər. Çünki daha da böyük şeylər olacaq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR