Play Store

Türkiyədə hərbi çevrilişə cəhdin ildönümüdür

Bu gün Türkiyədə baş verən hərbi çevriliş cəhdinin birinci il dönümüdür.

Metbuat.az-ın məlumatına görə, 2016-cı ilin 15 iyulunda, axşam saatlarında Türkiyə Silahlı Qüvvələri daxilində bir qrup hərbçi özlərini "Yurdda Sülh Hərəkatı" kimi qələmə verərək, hərbi çevrilişə cəhd ediblər.

Daha sonra Türkiyə Silahlı Qüvvələrinin rəsmi internet saytında və TRT-də yayımlanan bildiriş vasitəsilə ölkədə ordunun hakimiyyəti ələ keçirdiyi və hərbi vəziyyət elan edildiyi barədə insanlara məlumat verilib.

Qeyd edək ki, çevrilişə cəhd zamanı, içərisində 50-yə yaxın millət vəkilinin olduğu Türkiyə Böyük Millət Məcilisi F-16-larla bombalanıb. Üsyançılar Ankaranın Beştəpə ərazisində yerləşən Prezident Qərargahını da atəşə tutmaq istəsələr də, planları uğursuz olub.

İyulun 16-sı səhər saatlarında Türkiyə Silahlı Qüvvələri və polislərin birgə həyata keçirdiyi əməliyyatlar nəticəsində çevrilişə cəhdin qarşısı alınıb.

Hadisələr nəticəsində 104-ü çevrilişə cəhd edən əsgərlər olmaqla, ümumilikdə 300-dən çox insan dünyasını dəyişib, 1491 nəfər yaralanıb. İndiyə kimi çevrilişə cəhdin araşdırılması ilə bağlı 10 mindən çox müxtəlif rütbəli ordu mənsubu saxlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR