Gəncədə qəza yerinə gedən təcili yardım işçiləri döyüldü - Həkimlər xəsarətlər aldı

Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az-ın məlumatına görə, gecə saatlarında "QAZ-3110" markalı avtomobil şəhərin Nizami Gəncəvi prospektində yolu keçmək istəyən şəhər sakini, 34 yaşlı Aynurə Məmmədovanı və övladını vurub. Nəticədə qadın hadisə yerindəcə ölüb. Uşaq isə ağır xəsarətlər alıb. Hadisə yerinə təcili yardım briqadaları cəlb olunub.

Lakin zərərçəkənin yaxınları tibb işçilərinin hadisə yerinə gec gəldiyini irəli sürərək, onlara yumruq və təpik zərbələri endiriblər. Nəticədə sürücü və həkim xəsarət alıb.

Qeyd edək ki, qəzanı törədən "QAZ-3110" markalı avtomobilin sürücüsü hadisə yerindən qaçıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR