Play Store

"Dihaj qrupu"nun Yaşıl Teatrda ilk solo konserti baş tutdu - Fotolar

"Dihaj qrupu"nun Yaşıl Teatrda ilk solo konserti baş tutub.

Metbuat.az xəbər verir ki, Diana Hacıyeva konsertdən öncə mətbuat nümayəndələrinin suallarını cavablandırıb:

"Yaşıl Teatrda ilk dəfə çıxış edəcəm. Böyük səhnədə çıxış etmək risk deyil. Belə bir söz var: "Risk etməyən şampan içmir". Mənim konsertdə çıxış etməyim sürprizdir".

Diana jurnalistlərə açıqlamasında soyuqanlı olmadığını da deyib. 

Diana Hacıyeva Nigar Camalın onun haqqında dediyi sözlərə də münasibət bildirib:

" Deyir lap yaxşı...  Sevinirəm ki, onun başı mənimlə məşğuldu".

Diana Hacıyeva Nigar Camal ilə münasibətinin yaxşı olduğunu da qeyd edib: "Münasibətimiz əladır. Məni qızışdırmayın. Bu düzgün deyil". 

Avroviziya 2017 təmsilçimiz klubda çıxış etməsinə də münasibət bildirib: "Ən istiqanli publika klubdadır". 

Qeyd edək ki, Diana konsertdə "TEOS" adlı debüt albomunun təqdim edib.

Diana Hacıyeva konsertdə Elnur Hüseynovla duet ifa edib. Elnur yeni mahnısını da həmkarının konsertində təqdim edib.  

Dilarə Zamanova


Məşhur türk müğənnisini yara basıb - FOTOLAR - Oxumaq üçün bura tıkla







Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR