Ana 3 körpəsini boğaraq öldürdü - Ardınca soyuducuya qoyub dondurdu

Fransada dəhşətli qətl hadisəsi baş verib.

Metbuat.az-ın məlumatına görə, Lorient şəhərində yaşayan 50 yaşlı qadın dünyaya gətirdiyi körpələri əvvəlcə boğub öldürüb, sonra isə dondurub. Bildirilir ki, hadisənin üstü balıqçı qayığının soyuducusunda körpə cəsədinin tapılmasıyla açılıb. Daha sonra polis, qayıqda işləyən qadının evində axtarış aparıb və daha iki uşaq cəsədi tapıb.

Məlum olub ki, qatil ana 1998, 1999 və 2003-cü illərdə dünyaya gətirdiyi körpələri yastıqla boğaraq zibil paketinə qoyub. Daha sonra isə dondurub. 50 yaşlı qadının 25 yaşında bir oğlu var.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR