Deputat Novruz Aslanov seçiciləri qəbul edib 

Deputat Novruz Aslanov seçiciləri qəbul edib 
16:37 8 Yanvar 2015
108 Digər
Ölkə mətbuatı
A- A+

[ 08 Yanvar 2015 16:31 ]


Bakı - APA. Milli Məclisin deputatı Novruz Aslanov yanvarın 7-də seçiciləri ilə görüşmək məqsədilə İsmayıllı rayonuna növbəti səfərini edib.

 

Deputatın qərargahından APA-ya verilən məlumata görə, o, İsmayıllı rayonunun Tircan kəndində  seçicilərini qəbul edib, onların problemləri ilə maraqlanıb.

 

Qəbul kənd icra hakimiyyəti nümayəndəliyinin ofisində keçirilib və kənd icra nümayəndəsi, bələdiyyə sədri də qəbulda iştirak ediblər. Qəbula gələn sakinlərin qaldırdığı məsələlər əsasən kəndə gedən yolun, işıq dirəklərinin dəyişdirilməsi və içməli su məsələsi ilə bağlı olub. Qaldırılan məsələlərlə bağlı deputat müvafiq addımların atılacağını bildirib.  


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368431

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR