Play Store

Əfqanıstanda şagirdlər hücuma məruz qaldı - Xəsarət alanlar var

Əfqanıstanda koalisiya qüvvələrinin endirdiyi raket zərbələri nəticəsində uşaqlar xəsarət alıb.

Metbuat.az xəbər verir ki, Kunduz şəhərində yerləşən məktəblərdən birinə endirilən zərbələr nəticəsində 3 şagird müxtəlif dərəcəli xəsarət alıb. İtkinin az olmasına səbəb isə səhər saatlarında məktəbdə şagirdlərin sayının az olması olub. 

Qeyd edək ki, Əfqanıstan Təhlükəsizlik Qüvvələri ilə Taliban arasında Kunduz şəhərində hazırda toqquşmalar gedir. Əvvəllər kiçik kəndlərə hücumlar təşkil edən terrorçu qruplaşma hazırda hədəf kimi iri şəhərləri seçib.

Tramp ağzıaçıq şəkildə izlədi - Video-Baxmaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR