"Məclisə gedib meyxana deyib pul qazanmaq sənət deyil"

"Məclisə gedib meyxana deyib pul qazanmaq sənət deyil"
16:37 8 Yanvar 2015
237 Şou
Ölkə mətbuatı
A- A+

Meyxanaçı Namiq Qaraçuxurlu özünə qadağa qoyub
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Gündəlik" verilişinə qonaq olan ifaçı bundan sonra toylarda meyxana oxumayacağını deyib:

"Əvvəl toyda meyxana oxuyurdum, işim yaxşı getmirdi. Əgər bir gündə üç toya getməliydimsə, meyxanaya görə birində ilişib qalırdım. Meyxana çox vaxt aparır. Digər iki toya getmək alınmırdı, vaxt çatmırdı. Ona görə də, qərar verdim ki, daha belə olmayacaq. Meyxana mənim sənətimdir. Məclisə gedib meyxana deyib pul qazanmaq sənət deyil. Toy biznesdir, oxuyub pulumu qazanıram. Sənətim üçün xidmətim isə başqadır. Məsələn, “Natiq” ritm qrupu ilə birlikdə hazırladığım duet meyxana sənətinə bir xidmətim idi".

N.Qaraçuxurlu aparıcının “Deyirlər Namiq çox paxıldır. Həmkarlarına mahnı bəstələmir” sözlərinə isə belə cavab verib:

"Əvvəl risk etmirdim. Deyirdim bir az təcrübə toplayım sonra. İndi təcrübə topladım. Amma mahnı yazmağa vaxt çatdırmıram. Yoxsa, mənim elə paxıllığım yoxdur".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/317978.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR