Bərdədə 6 otaqlı ev yanıb

Bərdə şəhərində vətəndaşa məxsus 6 otaqlı evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, şəhərdə vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan 6 otaqlı evin 3 otağının yanar konstruksiyaları 60 kv.m sahədə və ev əşyaları qismən yanıb. 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR