Dəfn mərasimi zamanı səmada insan üzü göründü -

İngiltərədə inanılmaz hadisə baş verib.

Metbuat.az-ın məlumatına görə, uşağın cənazə mərasimi zamanı, ziyarətçilərdən biri göydəki bulduların əmələ gətirdiyi ürək formasındakı görüntüləri lentə alıb. Lakin o sonradan fotoya baxarkən qəribə mənzərənin şahidi olub. Fotoda buludlar üzərində insan simasının da əks olunduğu üzə çıxıb.

Qeyd edək ki, xərçəng xəstəliyi səbəbiylə həyatını itirən Bradli adlı uşaq “Sanderlend” futbol komandasının azerkeşi idi. Onunla “Sanderlend”in sabiq hücumçusu Defoye arasında dostluq mövcud idi. Uşaqla vida mərasimi zamanı yüzlərlə futbol azerkeşi də kilsəyə yığışmışdı.

Sübhan / METBUAT.az




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR