Türkiyə parlamentinin həyətində partlayış

Türkiyə parlamentinin həyətində partlayış
16:38 8 Yanvar 2015
118 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə parlamentinin həyətində partlayış baş verib. Bu barədə Trend “Milliyyət” qəzetinə istinadən məlumat verir.

Qəzetin yazdığına görə, parlamentin İctimai məsələlər departamentinin yanındakı elektrik transformatorunda partlayış baş verib, bundan sonra yanğın başlayıb.

Qeyd olunur ki, partlayış və yanğın deputatların təşvişə düşməsinə səbəb olub.

Hadisə yerinə yanğınsöndürmə briqadaları gəlib. Yanğın söndürülüb.

Foto -Anadolu

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2351114.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR