Musiqili Teatr 107-ci mövsümü premyera ilə başa vurdu

Azərbaycan Dövlət Musiqili Teatrı 107-ci mövsümü premyera ilə başa vurub.

Metbuat.az-ın məlumatına görə, iyulun 14-də və 15-də tamaşaçılara özbək yazıçısı İbrahim Sadıqovun “Molla Nəsrəddinin beş arvadı” ikihissəli komediyası təqdim olunub. Əsəri Azərbaycan dilinə Dilsuz Mustafayev tərcümə edib.

Yeni səhnə əsərinin süjet xətti ilk baxışda sadə görünsə də, hadisələr inkişaf etdikcə, bu sadəliyin arxasında çox dərin mətləblərin gizləndiyi üzə çıxmağa başlayır. Türk dünyasının kamillik, müdriklik rəmzi olan Molla Nəsrəddinin beş arvadı ilə macəraları, tərəflərin bir-birinə qurduğu oyunlar, hiylələr gülməli olduğu qədər də düşündürücüdür. Dinamik hadisələr, gözlənilməz və qəhqəhə dolu situasiyalarla zəngin səhnə əsərində Molla Nəsrəddinin bütün dövrlərin müasiri olduğu bir daha təsdiqini tapır.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR