Fransada Bastiliyanın alınması günü 900-ə yaxın avtomobil yandırılıb

Fransanın milli bayramı - Bastiliyanın alınması günü münasibətilə keçirilən mərasimlər zamanı yüzlərlə avtomobil yandırılıb, 370-ə yaxın insan saxlanılıb.

Metbuat.az-ın məlumatına görə, iyulun13-14-də ümumilikdə 897 avtomobil yandırılıb. Asayiş keşikçiləri 368 nəfəri saxlamalı olublar. Ötən il isə bundan bir qədər az – 855 maşın yandırılmış, 577 nəfər saxlanılmışdı.

Nazirliyin nümayəndəsinin sözlərinə görə, bütün ölkə üzrə yüksək təhlükəsizlik tədbirlərinin görülməsi bayramın nisbətən sakit keçirilməsinə imkan yaradıb. Belə ki, yalnız Parisdə təhlükəsizliyi 11 min nəfər polis qoruyub. Fransa paytaxtının mühafizəsinə, həmçinin Sena sahillərində keşik çəkən 6 çay gəmisi və pilotsuz Reaper uçuş aparatı cəlb olunub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR