Həcc ziyarəti ilə bağlı qorxulu

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yəməndə yüzlərlə insanın həyatına son qoyan vəba xəstəliyi ilə bağlı Səudiyyə Ərəbistanına xəbərdarlıq edib.

Metbuat.az-ın məlumatına görə, təşkilatın xəbərdarlığında qeyd olunur ki, Həcc ziyarəti zamanı vəba xəstəliyi yayıla bilər. Qurum rəsmi Ər-Riyadı qabaqlayıcı tədbirlər görməyə çağırıb.

Təşkilat Ər-Riyada zika virusuna qarşı da ehtiyatlı olmağı tövsiyyə edib.

Qeyd edək ki, hər il Həcc ziyarəti zamanı xarici ölkələrdən Səudiyyə Ərəbistanına 2 milyon müsəlman səfər edir.

Sübhan / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR