Rusiyada ac-susuz qalan azərbaycanlılar - Görüntülər ürək dağlayır... / VİDEO

Rusiyaya gedib işləyəcəklərini və çoxlu pul qazanaraq evlərinə qayıdacaqlarını zənn edirdilər. Lakin heç də hər şey onların xəyal etdikləri kimi olmadı.

Böyük ümidlərlə gəldikləri Rusiyada su alıb içməyə belə pul tapa bilmədilər. Əksinə, əllərindəki pulları belə itirdilər və günlərcə kimsəsiz insanlar kimi küçələrdə və ya polis məntəqəsində qaldılar.

"İş var" deyə Çoşqun adlı şəxslə əvvəlcə Volqaqrada, ordan isə Dağıstan vətəndaşı olan tikinti şirkətinin rəhbəri Ubeydullah Malayevin təklifi ilə İstraya gətirilmiş, daha sonra isə işsiz, pulsuz, hətta ac-susuz qalmışdılar.

Biz də xəbərin izi ilə soydaşlarımızı ac-susuz saxlayan şirkətə getdik. Şirkət nümayəndəsi həmin azərbaycanlıların işi bacarmadıqlarını iddia etdi. 

Hazırda həmin şirkətdə çalışan azərbaycanlılarla da rastlaşdıq. Bir fəhlə 3 gündür ki, işlədiyini, ancaq hələ pul almadığını bildirdi. 

Daha ətraflı "Xəzər Xəbər"in hazırladığı sujetdən biləcəksiniz:


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR