QİYMƏT ARTIMI: Bakıda bəzi marketlər satışı dayandırdı - FOTOLAR

Bu gün Bakıda bəzi marketlərdə satış dayandırılıb, bəzilərində isə müəyyən ərzaq rəfləri boşaldılıb.

Metbuat.az xəbər verir ki, bunun səbəbi ölkədə "Aİ 92" markalı benzinin bahalaşmasından sonra ərzaq və qeyri-ərzaq məhsullarında qiymət artımının olacağı ilə bağlı iddialardır. 

Bununla bağlı Mətbuat.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, nəqliyyat xərcələri ərzaq və qeyri-ərzaq məhsullarının maya dəyərinin təqribən 20 faizini təşkil edir:

"Daşınma xərcləri artdıqca məhsulun maya dəyərinə təsir göstərir. Benzinin bahalaşmasından sonra ərzaq məhsullarının marketlərə yeni qiymətlərlə daşınması mümkündür. Bu baxımdan bəzi məhsulların qiymətində artım olacağı gözlənilir. Amma böyük artım olacağını düşünmürəm".

Xəyalə Məmmədova / Metbuat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR