Sevgilisini başqa kişi ilə tutan və onun sümüklərini sındıran boksçuya ömürlük həbs - FOTO

Sevgilisini yataqda başqa kişi ilə keçirən və onu vəhşicəsinə döyərək 18 sümüyünü sındıran boksçu Con Koppenhaver ömürlük həbs cəzasına məhkum olunub.

Metbuat.az bildirir ki, hadisə 2014-cü ildə baş verib. Model sevgilisi Kristi Makla münasibətləri pozulan və onun başqqası ilə yaşadığını öyrənən boksçu bundan hiddətlənib. Nəhayət onları birlikdə tutan Con keçmiş sevgilisinin məşuqunu döyməyə başlayıb. Kristinin polisə xəbər verdiyini görən Con bu dəfə ona hücum edib. Qan içində çölə qaçan qadın qonşuları köməyə çağırıb. Dişləri və bədənindəki sümükləri sınan Kristi xəstəxanaya yerləşdirilib.

Məhkəmənin qərarı ilə Con Koppenhaver ömürlük olaraq azadlıqdan məhrum edilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR