"Məhəbbət" daha olmayacaq, SON! - FOTOLAR

Ətraflı informasiyanı verə bilməyəcəyini və tam informasiyanın ancaq "Xəzər tv"-nin hüququnda olduğunu bildirən tanınmış aktyor və rejissor Ramin Hacıyev yeni seriallardan danışıb. O qeyd edib ki, "Xəzər TV"-nin rəhbərliyi maraqlı bir təklif edib, ona görə də, ATV-dən bu kanala keçib:

"Serialın biri "Xalxın evi" dir, Xızıda çəkiləcək, digəri isə, "Ailə canlı" serialıdır, burda, Bakıda çəkiləcək. İkisi də məişət mövzusundadır.

Xalq artisti Ramiz Novruz, əməkdar artist Çingiz Əhmədov və bundan başqa tanınmış, eyni zamanda yeni simalar da var seriallarda. Rəhbərliyin yaratdığı yüksək səviyyədə olan şəraitdən yararlanıb, iki komediya serialı çəkəcəyik".

Əvvəlki seriallar yekunlaşdımı? Çünki tamaşaçıların ağlından keçən ilk sual bu olacaq.

"Xeyr, əvvəlki seriallar davam edəcək ATV kanalında. Ancaq rejissorluğunu mən etməyəcəm və "Məhəbbət" obrazı artıq bitdi. 

Günay Fuadqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR